"Kamaz" təkəri partladı, ustanın gözü çıxdı - Ağstafada bədbəxt hadisə

  • 19 İyul, 2019
  • 6281 Baxış
Ağstafada bədbəxt hadisə baş verib.

Medicina.az  Unikal-a istinadən xəbər verir ki, rayonun Böyük Kəsik kəndində usta işləyən 1961-ci il təvəllüdlü Mehdiyev İxtiyar Mehdi oğlu "KamAZ”-ı təmir edərkən, yük maşınının təkəri partlayıb.

Nəticədə ağır bədən xəsarətləri alan İ. Mehdiyev Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun sol əlinin ikinci və üçüncü barmaqları, habelə sağ gözü amputasiya edilib.

Kəllə-beyin travması alan İ. Mehdiyevin vəziyyəti ağırdır.