Körpənin qulağı eşitmirsə.... – Hansı əlamətlərdən bilməli?

  • 2019.05.13 21:21
  • 8257 Baxış
Körpənin qulağı eşitmirsə.... –  Hansı əlamətlərdən bilməli?
Körpə anadan olan kimi onun eşitmə orqanının normada fəaliyyət göstərdiyini, eşidib –eşitmədiyini yalnız xüsusi cihaz və avadanlıqla təyin etmək olur ki, dünyanın bir çox ölkələrində bunu edirlər.


Lakin doğulandan 2-4 həftə sonra artıq körpənin səslərə reaksiyasından  bunbu təyin etmək olur.


Medicina.az uşağın eşidib-eşitməməsinin vaxtında aşkarlamaq üçün valideynlərin nə etməli olduğunu izah edir.


-Körpə ağlayan, qığıldayan zaman bərkdən döyəcləmə və tappıltı səsinə dayanır, səsi kəsilir, hərəkətini dondurub baxır. İlk əvvəl möhkəm taqqıltı səsinə reaksiya verir, daha sonralar insan səsinə də belə təpki göstərir.


-2-4 aylıqda körpə bərkdən danışıq və musiqi səsini eşidir, səs istiqamətinə başını çevirir. İlk əvvəl 2-3 metrlikdəki səslərə reaksiya verir. 


-Uşağı güldürəndə, danışdıranda üzünüzə baxıb gülməsi sizi çaşdırmasın. Onun bu reaksiyası səsinizə yox, üz mimikanızadır. 

-6-7 aylıqda körpə 6 metr uzaqlıqdan səsləri eşitməyə başlayır. 


Vibrasiya, addım, qapı çırpılması, çarpayıya döyəcləməkə eşitmə yoxlanılmır.

Çünki bu səsləri vibrasiya dalğalarından hətta eşitməsi olmayan körpə də hiss edir. 


-1 yaşına doğru körpə doğmalarla yadların səsini ayırd edir, tanış frazaları seçir, öz adına boylanır, qırıq qırıq hecaları, kiçik sözləri deməyə çalışır.


-Uşağın eşitmə fəallığını nə qədər tez aşkar edib, həkimə gedərək, problemin müalicəsi və xüsusi aparatln taxılmasına nail olsanız, usagın danışmağı da bir o qədər tez olacaq. 


Diqqət: 1 aylığından başlayaraq körpə güclü səs küydən, qəfil səsdən yuxudan ayılmırsa, anasının səsi və laylasından sakitləşmirsə, danışan adama tərəf boylanmırsa, deməli, o eşitmir.