Mobil telefonu cibinizdə gəzdirməyin - KİŞİLƏRİN DİQQƏTİNƏ!

  • 2019.11.14 15:05
  • 9219 Baxış
Mobil telefonu cibinizdə gəzdirməyin -  KİŞİLƏRİN DİQQƏTİNƏ!

Cibinizdə daşıdığınız telefonlar əsl təhlükə mənbəyidir. 



Medicina.az xəbər verir ki, araşdırmalara görə təhlükə
hər iki cins üçün də keçərlidir. Mütəxəssislərin dediyinə görə, telefondan kişilərin
beyninə c
yayılan radiasiya bu bölgədəki
testosteron istehsalına mənfi təsir göstərir və sperma sayının azalması ilə nəticələnir. 
Qadınlarda isə estrogen hormon istehsalını azaldır.
Bu səbəbdən
embrionu bətndə saxlamaığı çətinləşdirir və nəticədə
sonsuzluq yaranır.



Tədqiqatlar zamanı klinikaya 100-dən çox kişi müraciət edib.
Onlardan sonsuzluq olan kişilərin əksəriyyəti
mobil telefonlarını qasıq bölgəsinin yaxınlığında gəzdirdiyi aşkarlanıb. Xüsusilə, qərb ölkələrində sonsuzluğun yayılması və
reproduktiv qabiliyyətin azalması mobil telefonların istifadəsinin artması ilə əlaqələndirilib.



Gələcəkdə belə problemlərin və ciddi xəstəliklərin
qarşısını almaq üçün cib telefonundan istifadə edərkən nəzərə alınmalı olan bir
neçə vacib şey var.


Mobil telefondan istifadə edərkən nəzərə alınmalı
olanlar:



- Zənglərdən sonra telefonu bədəninizdən mümkün qədər uzaq tutmağa çalışın. Zəng edərkən qulaqlıq ilə danışmaq daha az zərərlidir.



- Oyun üçün mobil telefondan istifadə etməyin. Lazım
olmadıqca telefonla zəng etməyin və ya zənglərinizin zamanını qısa tutun.


 



- Evdə olduğunuz zaman mobil telefonlarınızı qapalı
saxlamağa və evdə sabit xətli ev telefonundan zəng etməyə çalışın.



- Heç vaxt yatdığınız otaqda mobil telefon
saxlamayın. Radiasiya yaydığı üçün bədəninizə ciddi ziyanlar verir.


 



 

Mobil telefonu cibinizdə gəzdirməyin -  KİŞİLƏRİN DİQQƏTİNƏ!
Mobil telefonu cibinizdə gəzdirməyin -  KİŞİLƏRİN DİQQƏTİNƏ!