Skrabı özünüz hazırlayın, bunun üçün...

  • 08 Avqust, 2019
  • 19671 Baxış
Skrabı özünüz hazırlayın, bunun üçün...


Dərinizə qulluq etmək və bunun üçün çox pul xərcləmək istəmirsinizsə, o zaman ev şəraitində özünüz skrab hazırlaya və ondan istifadə edə bilərsiniz. Satışdan alınan skrablardan istifadə etmək bəzən dəri allergiyalarının və dəridə qıcıqlanmaların əmələ gəlməməsinə səbəb olur.
 
Medicina.az xəbər verir ki, satışda olan skrabların əksəriyyəti kimyəvi vasitələrlə hazırlandığndan dəridə xoşagəlməz patologiyalara səbəb ola bilir. Amma skrabı özünüz hazırlasanız  ucuz başa gələr və heç bir patologiyaya səbəb olmur.
 
 
Ev şəraitində hazırlanan skrabların təsiri satışda olanlardan daha güclü və faydalı olur. Skrabı hazırladıqdan sonra əvvəlcə dəri tonik, losyon və ya süd vasitəsilə silinib təmuzlənir, sonra dəri buğa verilir. Buğ vannası olmadıqda vanna və ya duş da qəbul etmək mümkündür. Daha sonra skrab dəriyə yaxılır və əlin yüngül hərəkəti ilə dəriyə sürtülür.
 
Yanlız skrabı dəriyə sürtərkən dodaq və göz ətrafı bölgələrdən bir qədər uzaq durmaq lazımdır. Skrab dərinin üzərində massaj edilərkən dərini təmizləyir və duş vasitəsilə yuyulur.
 
 
Ev şəraitində hazırlanan ən yaxşı skrablar hansılardır?
 
 
Şəkər skrabı.
Şəkər tozunun üzərinə bitki yağı əlavə edilib qarışdırılır və limon şirəsi qatılır. İstəsəniz skraba kakao tozu da əlavə edə bilərsiniz.
 
Kofe skrabı.
Kofe üyüdülür, bal, qatıq və duş jeli əlavə edilib skrab hazırlanır.
 
Qarabaşaq və düyü qəhvəüyüdəndə üyüdülür, pudra halına salınır üzərinə bal və badam yağı əlavə edilib qarışdırılır.
 
 
Alma skrabı.
Dəri buğa verildikdən (duşdan, vannadan ) sonra yaşıl alma ortadan bölünür və massaj şəklində dəriyə sürtülür. Bu zaman almanın tərkibindəki turşuluq dərini aşılayır və təmizləyir.