Qalxanvari vəz xəstəlikləri, ürəkdə döyünmə, kişilərdə prostatit problemlərində mən 3 vasitədən ayrılıqda və ya qarışımını istifadə edirəm.
“Medicina” xəbər verir ki, bu sözləri fitoterapevt Füzuli Hüseynov deyib.
“Xurma poleni, ud hindi və hil. Bu 3 bitkini qarışdırıb istifadə etmək faydalıdır.
Zob xəstəliyindən yaranan düyünlər, Haşimoto və bu zaman yaranan ürək döyünmələri zamanı, hava çatışmazlığı, boğulmalarda çox faydalıdır.
1 çay qaşığı udi hindi tozunu 1 stəkan qaynar suya qarışdırıb içilə biləcək dərəcəyədək soyumasını gözləyin, sonra 1 çay qaşığı bal əlavə edib yeməkdən yarım saat əvvəl için, bunu gündə üç dəfə, səhər, günorta axşam edin.
Alınan qarışım bütün iltihabi xəstəlikləri təkbaşına sağalda biləcək bir gücə malikdir. Bu qarışımın faydasını görmək üçün ən azı bir ay içmək lazımdır”.
Aygün Musayeva