Çində bir adam 5 ay ərzində qarnında qaşıqla gəzib və bunun yuxuda olduğunu zənn edib.
“Medicina” xəbər verir ki, 29 yaşlı Yanq yemək yeyərkən təsadüfən plastik qaşığı udub. Lakin 5 ay ərzində bunun yuxuda baş verdiyini güman edib.
Sonradan qarnında qəribəlik hiss edən kişi bir ehtimalla Şanxaydakı xəstəxanaya gedib. Həkimlər kişini müayinə edib və onikibarmaq bağırsağında 15 santimetrlik keramik qaşıq tapıblar.
Məlum olub ki, yanvar ayında Taylandda tətildə olub. Bir gün o, çox sərxoş halda oteldə özünü qusdurmaq üçün otaqdan bir qaşıq götürür.
Onu o qədər dərinə itələyib ki, bir anda içəri düşdü. Bundan sonra spirtli içki qəbul etdiyi üçün huşunu itirib. Ertəsi gün səhər o, bunların hamısının yuxu olduğuna qərar verib.
Qaşığı çıxarmaq üçün ilk cəhd uğursuz olub: forseps sürüşkən səthə görə onu tuta bilməyib. Cərrahlar onu çıxarmaq üçün bir neçə alətdən istifadə etməli oldular.
Bundan əvvəl Çinin Suçjou şəhərində həkimlərin 11 yaşlı uşağın mədəsindən qızıl külçə çıxardığı bildirilir. Uşaq evdə saxlanan 100 qramlıq qızılı oynayarkən ehtiyatsızlıqdan udub.
Aygün Musayeva