Yayda belə yatanda ayağınızda corab olsun – Corabla yatmağın faydaları

  • 29 İyun, 2019
  • 81640 Baxış
Yayda belə yatanda ayağınızda corab olsun – Corabla yatmağın faydaları
İsveçrə alimləri yeni tədqiqatla əl-ayağın temperaturunun yaxşı yatmağa və yuxuya təsirini araşdırıblar. 

Onlar bir qrup insandan yatarkən corab geyinməsi xahiş ediblər, daha sonra həmin insanların yuxularını müşahidə ediblər. Məlum olub ki, corab yuxuya daha yaxşı getməyi təimin edir, ayaqların isti olması yatan zaman bütün bədən və beyinə müsbət təsir edir.

Medicina.az yay-qış yatarkən corab geyinməyin faydalarını təqdim edir:

-Corabda yatanda beyin daha yaxşı dincəlir, cünki ayaqlar isti olduğundan damarlar ayaqdan başa kimi yaxşı genişlənmiş olur, qan yaxşı işləyir, təzyiq düşür, bununla da gecə dərin yuxu baş tutur

-Corabla hətta intim münasibət zamanı da vidalaşmamaq lazımdır. Alimlər bildirir ki, corab ayaqda temperaturu normal saxlayıb ereksiya, orqazm və həzz hissini artırır, yəni cinsi münasibətin keyfiyyətini yüksəldir

-Corabla yatdıqda gecə boyu ayaqlar soyuq, baş isti olmur, bu da qan təzyiqi üçün vacibdir

-Corablar təbii pambıqdan və ya yundan olmalı, bogazı sıx rezin olmamalıdır.