Şahin Şıxlinskinin həbsdə səhhəti kəskin pisləşdi– Hər an ölə bilər

  • 2025.08.25 17:10
  • 76 Baxış
Şahin Şıxlinskinin həbsdə səhhəti kəskin pisləşdi–  Hər an ölə bilər

"Azərbaycan – Ural” ictimai milli-mədəni təşkilatının həbsdə olan sədri Şahin Şıxlınski təcridxanada (SIZO №1) təkadamlıq kameradan çıxarılaraq yanına məhbus yoldaşı verilməsini istəyib.

Medicina.az xəbər verir ki, bu barədə Regional İctimai Nəzarət Komissiyasının sədri Vladimir Popov məlumat verib.

Məlumata görə, Şıxlınski Popova şikayət edərək bildirib ki, o, “quş hinini xatırladan”, onun fiziki ölçülərinə görə çox dar bir kamerada saxlanılır.
Azərbaycan diasporunun rəhbəri həmçinin qeyd edib ki, səhhətində problem var və istənilən an təcili tibbi yardım lazım ola bilər. Bu səbəbdən yanında məhbus yoldaşı olsa, zərurət yaranarsa, həkimləri çağırmaqda kömək edə bilər.

Qeyd edək ki, Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı Moskvanın Basman məhkəməsi tərəfindən verilib. Bu qərar onun barəsində axtarış elan edildikdən sonra çıxarılıb.

İlkin məlumata görə, o, 2010-cu ildə baş verən Fəxrüz Şirinova qarşı qətl cəhdində (CM-in 30 və 105-ci maddələri) və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə (CM-in 318-ci maddəsi) ittiham olunur.

Qeyd edək ki, daha əvvəl Şahın Şıxlinskinin oğlu Mutvalı da Yekaterinburqda həbs olunub. O, 15 iyulda hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə saxlanılıb və 2 ay müddətinə həbs edilib.
Sözügedə ittiham 1 iyul tarixində “Bakı Plaza” yaxınlığında baş verən insidentlə bağlıdır.
Belə ki, həmin tarixdə hüquq-mühafizə orqanları Şahın Şıxlinskinin saxlanılması üçün xüsusi əməliyyat keçirib. O, həmin vaxt oğlunun idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobildə olub.

Zirehli maskalılar maşının şüşələrini sındırmağa başlayanda Mutvalı avtomobili geriyə sürərək bir xüsusi təyinatlını vurub.