Şair Nizami vəfat etdi

  • 2025.11.28 16:56
  • 539 Baxış
Şair Nizami vəfat etdi


Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Nizami Balaca oğlu Salmanov 68 yaşında dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, Salmanov Lerikin Göydərə kəndində dünyaya göz açıb. BDU-nun hüquq fakültəsini bitirib. Polis orqanlarında işləsə də, daha çox poeziya ilə tanınıb.

Şairin ilk şeirlər kitabı "Durnalar harayı" 1987-ci ildə çapdan çıxıb.


Qeyd edək ki, şair ədəbiyyat qarşısındakı xidmətlərinə görə "Prezident mükafatı"na layiq görülüb.