Saqqallı qadın özünü hamıdan gözəl hesab edir

  • 2026.03.13 22:37
  • 185 Baxış
Saqqallı qadın özünü hamıdan gözəl    hesab edir


Meqan Riley Neely-Stevenson saqqalından nəinki utanmır, hətta özünü özəl və gözəl hesab edir. O, görünüşünün maraqlı baxışları cəlb etdiyinə öyrəşib.

Medicina.az xəbər verir ki, ABŞ-ın Tennessi ştatının Harriman şəhərinin sakini, yeniyetməlik dövründən həddindən artıq tüklənmə ilə üz-üzə qalıb. İndi 27 yaşı olan Meqana “hirsutizm” diaqnozu qoyulub.

Bu, qadınlarda yüksək androgen səviyyələri və ya onlara qarşı həssaslıq səbəbindən adətən kişi naxışlı (üz, sinə, qarın və kürəyində) qaba, piqmentli tüklər çıxır. Meganın bədənində artıq tük olmasa da, üzündə saqqal var.
Bir çox keçmiş sevgilisi, onunla görüşsələr də, bəzən ona iyrənc göründüyünü deyirdilər. O, həmçinin küçədə tanımadığı insanlardan çoxlu neqativ fikirlər alır.

Lakin Meqan onu sevməyə başlayıb. Yeni bir görünüşü sınamaq üçün onu qırxsa da, yenə də saxlamağa üstünlük verir. Qadın etiraf edib ki, saqqalı ilə həm daha inamlı, həm də daha gözəl hiss edir.

Aygün Musayeva