"Saxta ətirlərdən istifadə tərkibindəki zəhərli maddələr səbəbindən zəhərlənməyə, dəri xəstəliklərinə və allergik reaksiyalara yol aça bilər".
Medicina.az xəbər verir ki, bu barədə allerqoloq Yelena Sıçeva danışıb.
"Təhlükəsizlik yoxlamalarından keçən və beynəlxalq standartlara cavab verən sertifikatlaşdırılmış məhsullardan fərqli olaraq, saxta məhsullar müəyyən edilmiş tələblərə uyğun istehsal olunmur. Əsas təhlükələrdən biri zəhərli komponentlərin istifadəsidir. Belə məhsullarda təmizlənmiş etil spirti əvəzinə metanol tərkibli sənaye spirti istifadə oluna bilər. Bu maddə ağır zəhərlənməyə, gözlərə və sinir sisteminə zərər verə bilər. Bundan əlavə, saxta ətirlərin tərkibində fenollar, aldehidlər, qurğuşun və kadmium kimi ağır metallar da ola bilər".
Bu maddələr uzun müddət istifadə edildikdə orqanizmdə toplanaraq ekzema və dermatit də daxil olmaqla xroniki xəstəliklərin inkişafına səbəb ola, bəzi hallarda isə xərçəng riskini artıra bilər.
.
Allerqoloq ətirlərin yalnız rəsmi və səlahiyyətli satış məntəqələrindən alınmasını, məhsulun tərkibinə diqqət yetirilməsini və mənşəyi şübhəli olan vasitələrdən uzaq durulmasını tövsiyə edib: "İstifadədən əvvəl məhsulu bilək nahiyəsinə çəkərək 24 saat ərzində reaksiyanı müşahidə etmək məsləhətdir. Həssas dəriniz varsa, dəri ilə təması minimuma endirmək üçün ətri geyimə vurmaq daha məqsədəuyğundur".
Medicina.az