Müğənni Şəbnəm Tovuzlunun səhhətində problemlər yaranıb.
Medicina.az xəbər verir ki, bu barədə şairə Nazilə Səfərli məlumat yayıb. Video paylaşaraq Nazilə qeyd edib ki, onun ürəyi gedib və ğzından köpük gəlirdi:
"Şəbnəmgilə qonaq gedirdim. Zəng etdim, cavab vermədi. Qızı telefonu açdı ki, anamın vəziyyəti pisləşib. Arıqlama dərmanı və limonlu su. Başı gicəllənib yıxılıb. Təzyiqi düşüb. Şərbət vermək istəyirlər, ağzı açılmayıb. Təzyiqi 60-a düşüb. Gözünü açdı gördü ki, başının üstündə Quran açdılar. Arıqlama dərmanı içməyin. Şəbnəm 5 dəqiqənin içində ölmüşdü, ağzından köpük gəlirdi".