Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səfirlik Rusiyadan qayıtmaq istəyənlərin siyahısını hazırlayır

  • 2020.04.21 15:34
  • 1032 Baxış
Səfirlik Rusiyadan qayıtmaq istəyənlərin siyahısını hazırlayır


Azərbaycanın Rusiyadakı səfirliyi vətənə qayıtmaq istəyən vətəndaşların siyahısını tərtib edir.

Medicina.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Səfir qeyd edib ki, siyahıların tərtibi vətəndaşların geri qayıdışını təşkil etmək imkanı olduqda sərhədi keçən insanların axınını tənzimləmək üçün aparılır.

O əlavə edib ki, Rusiyadan vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün diplomatik nümayəndəlikdə 24 saat fəaliyyət göstərən “qaynar xətt” istifadəyə verilib.