Səfirliyə hücumda həlak olan Orxan tanınmış həkimin oğludur

  • 2023.01.27 13:53
  • 3877 Baxış
Səfirliyə hücumda həlak olan Orxan tanınmış həkimin   oğludur

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda həlak olan mühafizəçi tanınmış həkimin oğludur

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Gəncədə tanınmış səhiyyə işçisidir.


"Medicina" xəbər verir ki, ata Rizvan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanası nəzdindəki 1 saylı Z.Məmmədov adına xəstəxananın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.

Orxan Əsgərov evli olub, 2 övladı var.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.