Cütlüklərin əksəriyyəti gecənin əvvəli, yatmazdan öncə yaxınlığı seçirlər. Lakin, "yuxu həkimi", psixoloq Dr. Maykl Broussun sözlərinə görə, bu, cinsi əlaqə üçün ən yaxşı vaxt deyil.
Medicina.az xəbər verir ki, psixoloq yaxşı vaxtı seçməyin qaydalarını açıqlayıb:
"Tədqiqatımıza görə, insanların əksəriyyəti saat 22:30 ilə 23:30 arasında sekslə məşğul olur. Lakin problem ondadır ki, bu zaman bədənimiz optimal hormonal vəziyyətdə deyil. Mütəxəssis bildirib ki, yuxu hormonu olan melatonin ən yüksək səviyyədədir, uğurlu yaxınlığın açarı olan estrogen, testosteron və kortizol isə aşağı səviyyədədir.
Broeusa görə, seks üçün ən yaxşı vaxt səhər erkəndir. Testosteron, estrogen və kortizol kimi hormon səviyyələri məhz bu zaman ə yüksək olur və bu da yaxınlıqdan daha çox məmnuniyyətə səbəb olur:
"Əgər ərinizlə cinsi əlaqədə olsanız bilərsiz ki, kişilər ən çox nə ilə oyanırlar? Ereksiya. Bundan faydalanmaq lazımdır”.
2005-ci ildə kollec tələbələri arasında aparılan bir araşdırma göstərdi ki, əksəriyyəti saat 23:00 ilə 01:00 arasında cinsi əlaqəyə üstünlük verir. Bununla belə, Breuss qeyd edir ki, səhərə əlaqə daha çox yaxınlığı təşviq edə və daha yaxşı emosional nəticələrə səbəb ola bilər.
Axşam seks ən populyar olaraq qalsa da, tədqiqatlar göstərir ki, insanların üçdə ikisi seksdən sonrakı anları münasibət qurmaq üçün vacib hesab edir. Respondentlərin təxminən 16%-i artıq birlikdə yataqda olduqları üçün sekslə məşğul olduqlarını etiraf ediblər. Bununla belə, Breuss da daxil olmaqla mütəxəssislər bədəninizin təbii ritmlərinə daha yaxşı uyğunlaşmaq üçün vərdişlərinizi dəyişdirməyi düşünməyi məsləhət görürlər.
Aygün Musayeva