Şəhərə ayı girdi, məktəblər bağlandı

  • 2026.06.10 17:18
  • 172 Baxış
Şəhərə ayı girdi, məktəblər bağlandı

Yaponiyanın Utsunomiya şəhərində məktəblər müvəqqəti bağlanıb.


Medicina.az xəbər verir ki, şəhərin bir neçə yaşayış məntəqəsində orta ölçülü (təxminən bir metr uzunluğunda) qara ayı gündüz vaxtı görünüb.

Sakinlərin, xüsusən də uşaqların təhlükəsizliyini təmin etmək üçün küçə hərəkətini müvəqqəti olaraq məhdudlaşdırmaq qərarı verilib. Bu səbəbdən şəhərdəki 94 ibtidai və orta məktəb bağlandı və şagirdlərə evdə qalmaları tövsiyə edildi.


Lakin Utsunomiyadakı yetkinlərə də mütləq zərurət olmadığı təqdirdə evlərindən çıxmamaq tövsiyə olunur. Əgər kimsə küçədə vəhşi heyvanla qarşılaşsa, tez bir zamanda sığınacaq tapmalı və heç bir halda heyvanla üz-üzə gəlməməlidir.


Aygün M