Səhərlər şişkinlik ürək və qan damarları, tiroid vəzi və böyrəklərlə bağlı problemləri göstərir.
Medicina.az xəbər verir ki, endokrinoloq Zuxra Pavlovasəhər şişkinliyinin mümkün səbəblərini izah etdi.
Həkim bədənin hansı hissəsinin təsirləndiyinə diqqət yetirməyi məsləhət gördü. Mütəxəssisin sözlərinə görə, ayaqların şişməsi tez-tez ürək-damar sistemi ilə bağlı problemləri göstərir. Göz altındakı nahiyənin şişməsi böyrək problemlərindən xəbər verir:
"Böyrək problemləri ilə insanın üzü əvvəlcə şişir, gözlərin altında torbalar əmələ gəlir, sonra isə şişkinlik bütün bədənə yayılır".
Öz növbəsində, şişmiş və sərt əllər tiroid xəstəliyini göstərə bilər.
"İnsan səhərlər şişmiş əllər və sərt biləklərlə oyanır".
Pavlova qeyd edib ki, bədənin müəyyən hissələrində şişkinlik təkrarlanmağa başlayırsa və ya gözlənilmədən baş verirsə və davamlı hala gəlirsə, həkimə müraciət etmək lazımdır.
Bir çox insan şişkinliklə diuretik qəbul etməklə mübarizə aparır. Həkim qeyd edib ki, bu, bədən üçün təhlükəli nəticələrə, o cümlədən dönməz üzvi dəyişikliklərə səbəb ola biləcək ciddi bir səhvdir.
Aygün Musayeva