Biləsuvar rayonunda şəhid atası dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, Vətən müharibəsi şəhidi Sübhan Əbilzadənin atası Arif Əbilzadə vəfat edib.
O yaşadığı Biləsuvarın Nərimankənd kəndində 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, şəhid S.Əbilzadə 1998-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. Silahlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vətənə xidmətini davam etdirən S.Əbilzadə Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub və qəhrəmancasına şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.