Şəhid atası vəfat etdi - FOTO

  • 2026.01.23 10:01
  • 243 Baxış
Şəhid atası vəfat etdi -  FOTO

Vətən müharibəsi şəhidi Veyis İsmayılovun atası vəfat edib.

Medicina.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, şəhidin atası Əflatun İsmayılov xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü V.İsmayılov 2020-ci il oktyabrın 13-ü Suqovuşan istiqamətində gedən döyüşlərdə ayağından qəlpə yarası alıb və qanitirmədən şəhid olub.

Onun nəşi 35 gün sonra tapılaraq noyabrın 17-si Bakıda dəfn olunub.




Şəhid atası vəfat etdi -  FOTO