Vətən müharibəsi şəhidi, polkovnik Sədi Musayevin xanımı, “Mənim oğlum qəhrəmandır!” layihəsinin koordinatoru Gülşad Musayeva Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub.
Medicina.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun əməliyyat sonrası Gülşad Musayevanı ziyarət edərək, vəziyyəti ilə maraqlanıb.
Mərkəzin ümumi cərrahiyyə şöbəsinin həkimi Cümşüd Kazımzadə tərəfindən mədə - bağırsaq sistemi üzərində aparılan uğurlu rekonstruktiv əməliyyatdan sonra sağlamlığına qovuşan Gülşad Musayeva evə buraxılıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev 28 sentyabr 2020-ci il Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi, Kürdlər yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə əməliyyat qrupu zabiti kimi yaşayış məntəqələrinin düşməndən azad olunması uğrunda qəhrəmancasına şəhid olub.
medicina.az