Səhiyyə Nazirliyinin iki yüksək vəzifəli şəxsi işdən çıxarılıb.
Medicina.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, qurumun İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova və Daxili nəzarət şöbəsinin müdiri Oktay Babayev vəzifələrindən azad olunublar.
Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.