Səhiyyə naziri təyyarədə sərnişini xilas edib

  • 2025.09.16 09:04
  • 89 Baxış
Səhiyyə naziri təyyarədə sərnişini xilas edib

Rusiyanın səhiyyə naziri Muraşko təyyarənin göyərtəsində infarktdan əvvəlki vəziyyətdə olan bir şəxsi xilas edib.


“Medicina” xəbər verir ki, hadisə Moskva-Hanoy təyyarəsinin göyərtəsində baş verib.


Uçuşa 3 saat qalmış ekipaj sərnişinlərdən aralarında həkimlərin olub-olmadığını soruşub.

Məlum olub ki, 50 yaşlı rusiyalı hipertonik böhran keçirib. Muraşko kişiyə kömək etmək üçün könüllü olub. Ona bütün lazımi yardımları göstərib, sonra bir saat vəziyyətini izləyib.

Nəhayət, sərnişin sağ-salamat təyinat yerinə çatıb.

Aygün Musayeva