Abşeron rayonunun Fatmayi qəsəbəsində 9 aylıq hamilə qadın bıcaq xəsarətləri alıb.
Medicina.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, mayın 16-da Atababayeva Səbinə Ağasəf qızı bədənin müxtəlif hissələrinin kəsilmiş-deşilmiş yara diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə çatdırılıb:
"Qadın 9 aylıq hamilə olub. Uşaq bətndə bıçaq xəsarətlərindən dünyasını dəyişib. Qadının isə vəziyyəti ağırdır".