Səhiyyə nazirliyinin eksperti - Xərçəng şişi yaradan qidaları açıqladı

  • 2022.04.12 18:08
  • 2726 Baxış
Səhiyyə nazirliyinin eksperti   - Xərçəng şişi yaradan qidaları açıqladı

Xərçəng bədxassəli neoplazma kimi də tanınır, orijinal yerindən əlavə, bədənin digər hissələrinə hücum və yayılma potensialı ilə anormal hüceyrə böyüməsini əhatə edən xəstəliklər qrupudur. İnsanlara təsir etdiyi bilinən yüzdən çox müxtəlif xərçəng növü var, lakin yayılan bütün şişlər bədxassəlidir, xoşxassəli şişlər bədənə yayılmır.

Mümkün əlamət və simptomlar arasında xərçəng kütləsinin meydana gəlməsi, anormal qanaxma, uzun öskürək, izah edilməmiş kilo itkisi, bağırsaq funksiyalarındakı dəyişiklikləri qeyd etmək olar. Lakin bu simptomlar digər xəstəliklərə görə də ortaya çıxa bilər.

Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin eksperti Zakir Quliyev xərçəngi yaradan səbəbləri açıqlayıb.


"Hazırda xərçəng riskini artıran bir çox qida maddəsi var. Şəkərli məhsullar, kolbasa, sosis, hisə verilmiş xüsusi qidalar, spirtli, qazlı içkilərin, eləcə də siqaretin buna birbaşa təsiri var.

Digər tərəfdən, xərçəngdən qoruyan qidalar da mövcuddur: soğan, sarımsaq, ispanaq, zeytun yağı, qara üzüm və s."

Bəs xərçəngin azyaşlı uşaqlarda yaranma səbəbi nədir?

Bu sualın cavabında həkim qeyd edib ki, leykemiya (ağ qan xəstəliyi) daha çox genetikdir və əksər vaxt mutasiya nəticəsində yaranır. Mutasiyada qida maddələrinin çox da rolu yoxdur. İnsan bədənində proto-onkogen genləri olur. Bəzən proto-onkogen onkogenə (şiş yaradan genlərə) çevrilir.

Heç bir qida maddəsi haqqında sırf "xərçəng yaradır" demək düzgün olmaz. Sadəcə bəzilərinin müəyyən təsirləri olur. Məsələn, araşdırmalar göstərib ki, qazlı içkilər istifadə edən insanlarda mədə-bağırsaq xərçəngi riski daha çoxdur. Bunu həmin içkilərlə əlaqələndirsələr də, sonradan məlum olub ki, o insanların ailələrində də onkoloji xəstələr var. Ailəsində xərçəng xəstəsi olanlar isə, təbii ki, yüksək risk qrupundadırlar". /sonxeber.az/