Kliniki Tibbi Mərkəzdə yeni təyinat

  • 2021.12.21 15:05
  • 2043 Baxış
Kliniki Tibbi Mərkəzdə  yeni təyinat
Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub.

Mərkəzdən Medicina.az -a verilən məlumata görə, Araz İbrahimov tibb qurumunun Urologiya şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, İbrahimov Araz Sabir oğlu 1988-ci il avqustun 16-da Zaqatala şəhərində anadan olub. 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində oxuyub. 2011-2016-cı illərdə rezidentura təhsilini ATU-da davam etdirib. A.İbrahimov 2021-ci ildən başlayaraq isə doktorantura təhsilini almağa başlayıb.

O, həkim-uroloq kimi 2011-2013-cü illərdə Respublika Klinik Xəstəxanasında, 2013-2016-cı illərdə ATU Tədris Cərrahiyə Klinikasında, eləcə də bir sıra özəl klinikalarda fəaliyyətini davam etdirib. İbrahimov eyni zamanda Səhiyyə Nazirliyinin mütəxəssisi olub.