Səhiyyə Nazirliynin şöbə müdiri medalla - təltif olundu

  • 2025.12.23 15:27
  • 140 Baxış
Səhiyyə Nazirliynin şöbə müdiri medalla   -  təltif olundu


Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.


Medicina.az xəbər verir ki, o, uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdiyi töhfələrə görə bu yüksək mükafata layiq görülüb.


Yubiley medalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatın tarixi missiyasına, jurnalist əməyinə və medianın cəmiyyətin inkişafındakı mühüm roluna verdiyi yüksək qiymətin, milli mətbuatın 150 illik şərəfli yoluna dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğının təzahürü olaraq təsis edilib.


Yubiley medalı İSİM rəhbəri tərəfindən təqdim edilib.



Medicina.az
Aygün M.