Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib. O, bir müddət idi xərçəngdən əziyyət çəkirdi.
"Medicina" xəbər verir ki, mərhum aktyorun həmkarı Mətanət Atakişiyeva onun ağciyər xərçəngindən vəfat etdiyini bildirib:
"Sənət adamlarının həyatına kənardan baxanda deyirlər ki, "Necə də xoşbəxtdirlər. Amma Rəşad o səhnənin tozunu udmaqdan ağciyər xərçəngi oldu. Yayda səhnədə qış paltarları geyinib tərlədi, qışda soyuqdan üşüdü. Bütün bunların nəticəsidir ki, Rəşad ağciyər xəstəsi oldu. Xalq artistiləri Amaliya Pənahova, Ramiz Novruz, Fuad Poladov da ağciyər xərçəngindən vəfat edib".
Medicina.az