Şəkər və təzyiqi nəzarətdə saxlayan xüsusi çip – Boyuna yapışdırılır

  • 2021.02.22 13:59
  • 1652 Baxış
Şəkər və təzyiqi nəzarətdə saxlayan xüsusi çip  – Boyuna yapışdırılır



ABŞ San-Diyeqo Universitetinin həkimləri xüsusi elastik platç hazırlayıblar. Onu xəstənin boynuna yapışdırıb, səhhəti ilə bağlı bir neçə parametrin monitorinqini aparırlar.


Medicina.az xəbər verir ki, yeni kəşf arterial təzyiq, ürək döyüntüsü, qanda şəkərin səviyyəsini, ürək-damar sisteminin siqnallarını qeydə alır.

Patç elastik polimerdən ibarət nazik plyonka kimidir, ona xüsusi sensor ötürücü yapışdırılıb.

Müəlliflər hesab edir ki, bu cihaz həm xəstəxanada yatan xəstələrə, həm də evdə xəstələrə faydalıdır və həkimlərə də xəstəni müşahidə etməyə imkan verir.

Bu kiçik patç bir neçə iri cihazı, aparatı əvəz edə bilər. Pandemiya dövründə isə belə yenilik olduqca vacibdir.