Qəbristanlıqdan 96 qızılgülü oğurlayıb şəkil çəkdirən qız tutuldu

  • 2026.09.30 19:11
  • 127 Baxış
Qəbristanlıqdan 96 qızılgülü oğurlayıb  şəkil çəkdirən qız tutuldu


Altay əyalətində 23 yaşlı qız qəribə oğurluğuna görə məsuliyyətə cəlb olunub.


Medicina.az xəbər verir ki, qız məzarlıqdan 96 qızılgüldən ibarət buketi götürərək, evə gətirib və güllərlə fotolar çəkdirərək sosial şəbəkələrə yerləşdirib.


96 gülü gənc vəfat edən həyat yoldaşının ildönümü üçün yığdıran kişi oğurluq barədə məlumat verib. O, bir neçə ay işləyib bu güllərə pul yığdığını deyib.

Qız saxlanılıb, məhkəmə onu təqsirli hesab edərək, 2 il şərti cəza və cərimə kəsib.

Aygün Musayeva