Oktyabr bütün dünyada “Süd vəzi xərçəngi ilə mübarizə ayı” kimi qeyd olunur.
Medicina.az xəbər verir ki, süd vəzi xərçəngi qadınlar arasında dünyada ən çox rast gəlinən xərçəng növüdür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda 2,4 milyondan çox qadın bu xəstəlikdən əziyyət çəkir.
Çoxları bu xəstəliyin genetik faktorlarla əlaqəli olmasını düşünsə də, ÜST bildirir ki, süd vəzi xərçənglərinin təxminən 80 faizi risk faktoru olmayan qadınlarda inkişaf edir.
Hansı əlamətlərə diqqət etmək lazımdır?
Süd vəzi xərçəngi ilkin mərhələlərdə heç bir aşkar simptom verməyə bilər. Lakin aşağıdakı dəyişikliklər müşahidə edildikdə həkimə müraciət etmək vacibdir:
-süd vəzisində yeni yaranmış şişlik və ya bərkimə;
-süd vəzisinin ölçüsündə və ya formasında dəyişiklik;
-dəridə çöküklük, qızartı və ya digər dəyişikliklər;
-süd vəzi giləsində dəyişiklik;
-süd vəzi giləsindən qeyri-adi, xüsusilə qanlı ifrazat;
-qoltuqaltında limfa düyünlərinin böyüməsi.
Süd vəzi sağlamlığına laqeyd yanaşmayın, risklərinizi bilin və şübhəli dəyişiklikləri vaxtında yoxladın.
Ətraflı müayinə, dəqiq diaqnoz və fərdi müalicə planı üçün Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət edə bilərsiniz.
Əlaqə: *0203
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küç. 110
(Memar Əcəmi metrosunun yaxınlığı)