Gəncədə məktəbdə kütləvi zəhərlənmə

  • 2026.10.01 14:02
  • 838 Baxış
Gəncədə məktəbdə  kütləvi zəhərlənmə

Gəncədə məktəbdə qidadan zəhərlənmə olub.

Medicina.az xəbər verir ki, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yolxucu Xəstəliklər Şöbəsinə çatdırılıb.

İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D. Əliyeva, N. Quliyeva şirniyyatdan zəhərləniblər.

Şirniyyat isə təhsil ocağının bufetindən alınıb.

medicina.az