Şəkər xəstələri içki içə bilərmi?

  • 2022.08.30 15:53
  • 4570 Baxış
Şəkər xəstələri içki içə bilərmi?
Diabet xəstələrinə alkoqol içki zərərlidirmi?


"Medicina" xəbər verir ki, həkim endokrinoloq Olqa Pavlova spirtli içkilərin növündən asılı olmauaraq, diabetlinin orqanizminə təsirini açıqlayıb.


"Tərkibində şəkər olan alkoqol içdikdə, qanda qlükoza çox kəskin qalxır, üstəlik insulin sıçrayışı baş verir, sonra şəkər yenidən qəfil düşür.

Ona görə şirin alkoqol diabetlər, insulin dirənçi və çəki problemində olmaz.
Tünd spirtli içkilər isə əksinə şəkəri salır.

Əgər diabet xəstəsi güclü şəkərsalıcı dərman içirsə, insulin vurursa, üstündən də tünd spirtli içmək qanda şəkəri çox salıb hipoqlikemiyaya səbəb ola bilər.


Belə hal baş verərsə, ağırlıq qaraciyərin necə işləməsindən asılı olacaq. Əgər qaraciyər sağlamdırsa, orqanizmə lazım olan qədər qlükogen verib, orqanizmi komadan xilas edəcək.


Diabetlərdə qaraciyər də problemli olur, ona görə qana alkoqol düşən kimi bütün gücünü onu həll etməyə sərf edəcək. Nəticədə qanda aşağı şəkəri tənzimləyə bilməyəcək.


Diabetlər alkoqolu yalnız əlavə karbohidratlı qidalarla birgə içməlidir. Və sonra şəkəri kontrol etməlidirlər.
İdealda əlbəttə ki, bu xəstələr qaraciyərini alkoqolla yükləməslər yaxşıdır".


Aygün Musayeva