Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəkər xəstəliyinin mətbəxdəki çarəsi - İnanılmazdır

  • 2019.02.14 12:00
  • 15718 Baxış
Şəkər xəstəliyinin mətbəxdəki çarəsi -  İnanılmazdır



Tərkibində 80-dən çox mineral olan dəniz duzu immunitetin gecləndirilməsindən tutmuş dəri qulluğuna qədər bir çox məqsədlərlə istifadə edilən ən təbii maddələrdəndir. Dəniz duzunun faydaları saysız hesabsızdır.

 

Medicina.az onları sizə təqdim edir: 



İmmuniteti möhkəmləndirir



Dəniz duzunun tərkibində olan minerallar orqanizmin immunitetini gücləndirir. Əsasən də qrip, soyuqdəymə kimi xəstəliklərin artdığı qış fəslində dəniz duzu istifadə etmək orqanizmin qoruma mexanizmini işə salır.  



Depressiyanı aradan qaldırır 



Dəniz duzu, xoşbəxtlik hissi verən seratonin və melatonin hormonlarının ifraz olunmasına səbəb olur. Bu da depressiya və stressdən qorunmağa gətirir. Rafinə olunmamış dəniz duzunun sakitləşdirici təsiri də var. 



Qan dövranını sürətləndirir



Dəniz duzu metabolizmi tənzimləyən xüsusiyyətə malikdir. Bədənin hər bir hissəsində qan dövranını yaxşılaşdırır. 



Çəki atmağa kömək edir



Qələvi təbiətli olması səbəbindən dəniz duzu piy kimi zərərli maddəni yox etmək üçün orqanizmə kömək olur. Həzm sistemini normaya salır və sürətlənidirir. 




Sümüklərin əriməsinin qarşısını alır 



Dayaq-hərəkət sistemi, qəbul edilən duzun 4/1-ni özündə depolayır. Dəniz duzunun tərkibində olan minerallar sümüklərin bərpası üçün çox vacibdir. 



Təbii insulindir



Qandakı şəkər miqdarını tənzimləmə xüsusiyyəti olan dəniz duzu diabet xəstələri üçün ən doğru seçimdir. Şəkər problemi olanlar təbii insulin hesab olunan dəniz duzundan istifadə edə bilərlər. 



Astma tutmaları zamanı faydalıdır 



İltihab yaranmasının qarşısını aldığı üçün dəniz duzu astmaya qarşı faydalıdır. Buna görə də həkimlər astma tutmaları zamanı dəniz duzundan istifadə etməyi məsləhət görürlər. 



Arzu

Medicina.az