Şəkəri salmaq üçün bu toxumları yeyin

  • 2022.10.04 14:33
  • 2562 Baxış
Şəkəri salmaq üçün bu toxumları yeyin

Qanda şəkəri nəzarətdə saxlamaq üçün kətan toxumundan istifadə edin.


"Medicina" xəbər verir ki, endokrinoloq Antonina Qureyeva kətanın diabet rasionunda faydasından danışıb.

"Kətan toxumunun şəkərə təsiri barədə çox elmi araşdırma aparılıb.

Üyüdülmüş kətan toxumu yoqurta qatılıb yeyildikdə, şəkərin qanda ciddi şəkildə düşdüyü sübut edilib.

Gündə 30 qram üyüdülmüş kətan yağsız yoqurta və ya qatığa əlavə olunub gün ərzində yeyilsə, şəkər sabit qalır.
Amma bu toxumun artıqlığı sianidlə zəhərlənmə verir.

Ona görə 30 qramı aşmamalıdır.

Kətan toxumu təbii fitoestrogendir, bu da qadınlarda hormonal balansı tənzimləmək üçün vacibdir"

Aygün Musayeva