Şəkidə Psixiatriya xəstəxanasından 2 nəfər qaçıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Medicina.az -a verilən xəbərə görə, fevralın 2-də saat 2 radələrində Şəki Rayonlararası Psixiatriya xəstəxanasından Şəki şəhər sakinləri M.Orucov və E.Salehovun qaçmaları barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
Görülmüş operativ tədbirlər nəticəsində həmin şəxslər Şəki Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-yə təhvil verilib.