Şəkidə toyda kütləvi zəhərlənmə olub

  • 2019.08.27 17:11
  • 3897 Baxış
Şəkidə toyda kütləvi zəhərlənmə olub
Şəkidə toyda kütləvi zəhərlənmə hadisəsi baş verib. Səhiyyə Nazirliyindən Medicina.az-a verilən məlumata görə, Şəkinin Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər. Müraciət edənləri müayinə edən həkimlər onlarda dizbakterioz aşkarlayıblar. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.