"In The Dark" adlı yeni mahnısı ilə tez bir zamanda musiqi səhnəsinə qayıdan Selena Qomez klipdəki üslubu və üz dəyişikliyi ilə sosial mediada müzakirələrə səbəb olub.
Medicina.az xəbər verir ki, oktyabrın 23-də yayımlanan video qısa zamanda 1,5 milyon baxış toplayıb, Qomezin yeni görünüşü isə tənqid hədəfinə çevrilib.
Pərəstişkarları məşhur müğənninin üz cizgilərinin xeyli dəyişdiyini qeyd ediblər.