"Semaşko"nun 10 tibb işçisində koronavirus aşkarlandı- RƏSMİ

  • 2020.04.04 14:31
  • 3917 Baxış
"Semaşko"nun 10 tibb işçisində koronavirus aşkarlandı - RƏSMİ

1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan 10 işçidə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, koronavirus testinin nəticələri müsbət çıxan 10 nəfərin tibb müəssisələrində müalicələrinə başlanılıb:

“Onların arasında tibb bacıları, laborant və xadimələr var. Hazırda onlar müvafiq tibb müəssisələrinə yerləşdiriliblər”.

Qeyd edək ki, "Semaşko" kimi tanınan xəstəxana ölkədə koronavirus epidemiyası başlayandan xəstələrin qəbulu üçün ayrılmış ilk tibb müəssisəsi idi.