Şəmkirdə əri tərəfindən yandırılan qadın öldü

  • 2019.08.19 09:39
  • 3937 Baxış
Şəmkirdə əri tərəfindən yandırılan qadın öldü
Ötən gün Şəmkir rayonu Sarıtəpə kəndində həyat yoldaşı tərəfindən yandırılan qadın ölüb. Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Əri tərəfindən yandırılan və bədəninin 70 % (4 cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qaıdın həkimlərin səyinə baxmayaraq, bu gün səhər saat 6.20 aldığı xəsarətlərdən dünyasını dəyişib. Bədəninin 55% (4 cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan 54 yaşlı qadının vəziyyəti də kritik olaraq qalıb. Həkimlərin bildirdiyinə görə, onun həyatı təhlükə altındadır. Qeyd edək ki, dəhşətli yanğında 2 yaşlı Nicat Elmar oğlu Məmmədov ölüb. Onun anası, 1995-ci il təvəllüdlü Mətanət İlqar qızı Məsimova və qadının anası 1964-ci il təvəllüdlü Səltənət Allahverdi qızı xəsarət alımışdı.