Şəmkirdə gənc qadın dərmandan zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Qızıncbəyli kəndində baş verib. Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü Göyərçin Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, 28 yaşlı qadın həşərat əleyhinə dərmandan zəhərlənib. Onun hansı səbəbdən dərman içməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.