Şəmkirdə təcili yardım maşınında yaralananların vəziyyəti

  • 2025.09.08 15:15
  • 83 Baxış
Şəmkirdə təcili yardım maşınında yaralananların   vəziyyəti


Şəmkir rayonunda təcili tibbi yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb.

"Medicina" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumatda bildirilir ki, 07.09.2025-ci il tarixində saat 01:00-da yol-nəqliyyat hadisəsi səbəbi ilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alanların birinə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar".