Sənətçinin anasında xərçəng aşkarlandı

  • 2025.12.25 16:00
  • 183 Baxış
Sənətçinin anasında xərçəng aşkarlandı


Türkiyəli müğənni Özcan Dənizin uzun müddətdir küsülü olduğu anası Kadriye Denizdə xərçəng aşkarlanıb.

Medicina.az xəbər verir ki, bu barədə onun qızı Yurda Gürler açıqlama yayıb.

"Ümidimizi itirmədən yolumuza davam edirik. Dualarınızı gözləyirəm. Bu mübarizəni aparan, şəfa gözləyən hər kəsə Allahdan şəfa diləyirəm. Hər şeyin başı sağlamlıqdır, sağlam qalın" deyə, o, yazıb.

Qeyd edək ki, qadın oğlu ilə küsülüdür və onu ittiham edirdi.

Hələ ki, Özcan Dəniz bu barədə açıqlama verməyib. /axsam.az/