Dəniz və hovuzlar isti yay günlərində sərinləmək üçün ən çox seçilən yerlər arasındadır.
Medicina.az xəbır verir ki, ginekoloq Dr. Ezgi Aydın xüsusilə qadınların infeksiya riskinə qarşı diqqətli olmalı olduğunu ifadə edib:
"Qadınlar kişilərə nisbətən infeksiyalara daha həssasdırlar. Ona görə də suyun gigiyenasına diqqət yetirmək və sudan çıxdıqdan dərhal sonra yaş çimərlik paltarlarını dəyişmək lazımdır. Yaş çimərlik paltarında uzun müddət qalmaq sidik yolları və göbələk infeksiyalarına səbəb ola bilər. Hamilə qadınlar həkimləri ilə məsləhətləşdikdən sonra üzə bilərlər. Həmçinin yay aylarında hava keçirən pambıq alt paltarlarına üstünlük verilməlidir. Adi günəş şezlonqlarına təmiz dəsmal olmadan oturulmamaldır".
Aydın hovuza və ya dənizə girmədən əvvəl və sonra duş qəbul etməyin infeksiya riskini azaltmaqda əhəmiyyətli olduğunu bildirib.
Aygün
Medicina.az