Sertifikasiyada yüksək bal toplamış müəllim vəfat etdi

  • 2025.10.27 11:18
  • 191 Baxış
Sertifikasiyada yüksək bal toplamış müəllim vəfat etdi

Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Elnarə Hümmətova vəfat edib.

Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 42 yaşlı rayon sakini dünən günorta saatlarında yaşadığı ünvanda qəfil ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, mərhum müəllim sertifikasiya imtahanında 60 bal toplayaraq ən yüksək nəticə göstərib.

Bir neçə gün əvvəl rayonda daha bir gənc müəllim bədbəxt hadisə nəticəsində həyatını itirib.



Sertifikasiyada yüksək bal toplamış müəllim vəfat etdi