Səs - küyün insan orqanizminə təsiri - Necə qorunaq?

  • 2022.09.06 17:19
  • 665 Baxış
Səs - küyün insan orqanizminə təsiri  - Necə qorunaq?


Səs-küyün insan orqanizminə təsiri hazırda dünyada ən aktual problemlərdən biridir. Təbii səslər (dəniz dalğasının, yarpaqların, küləyin səsi, şəlalə axını, çayın şırıltısı və s.) insana xoş təsir edir, onu sakitləşdirir.

Küy isə, müxtəlif tezlikli və intensivlikli səslərin qarışığı olub insan orqanizminə neqativ təsir göstərir. Şəhər əhalisi küydən daha çox əziyyət çəkir, çünki bu təsir davamlı, çeşidli və qaçılmazdır: metro qatarları, avtomobillər, inşaat sahələri, təmir işləri, sirenlər, siqnallar, səs-küylü qonşular... Küy - eşitmə qabiliyyətini zəiflədir, sinir sistemini qıcıqlandırır, çoxsaylı xəstəliklərin yaranmasına yol açır. Küyün səviyyəsi desibel ilə ölçülür. Meşədə - 12-26 dB, pıçıltı ilə danışıq- 20-30 dB, adi söhbət – 40-50 dB, küçədə -75-85 dB, zavod-fabrikdə -75-115 dB, təyyarə qalxarkən- 120-130 dB və s.


"Medicina" xəbər verir ki, insan orqanizmi səs-küyə fərqli reaksiya göstərir. 68 - 92 dB səs-küy sinir sisteminin müəyyən xəstəliklərinə səbəb olur. Səs səviyyəsinin 84 - 88 dB-li keçməsi qan təzyiqinin artmasına səbəb ola bilər. Nəqliyyat və tikinti işlərindən gələn səslər isə daha güclü təsir göstərir. Məsələn, əgər yaşadığınız evin yaxınlığında hansısa şirkət illərlə bina inşa edir, sonra orda təmir işləri başlayırsa, üstəlik, ev geniş prospektin 4 yol ayrıcındadırsa, sağlamlığa bunun mütləq bir mənfi təsiri olacaq. İnsan bunu birbaşa tikinti faktı və ya intensiv avtomobil hərəkəti ilə əlaqələndirmir, amma uzaq perspektivdə problemin yaranmasında rolu danılmazdır. Səs-küy hansı yolla sağlamlığa neqativ təsir edir?


Orqanlarda pozulmalar neyro-humoral mexanizm ilə inkişaf edir. Maksimal həddi aşan səs-küy (məsələn, istehsalatda) və nisbətən aşağı desibelli, amma uzunmüddətli küy güclü stressordur. Hipotalamo-hipofizar-böyrəküstü sistem xroniki küy zamanı qanda stress hormonlarının (adrenalin, kortizon, noradrenalin) istehsalını artıraraq, qan damarlarının tonusunun artmasına, onların spazmına, toxuma və orqanlarda işemiya, hipoksiya, asidoza səbəb olur. Ardınca distrofik, degenerativ pozulmaların inkişafına təkan verilir ki, bu da genotipik və fenotipik xüsusiyyətdən asılı olaraq müxtəlif sindrom və xəstəliklə təzahür edə bilər. Sadə dillə desək, kimin irsiyətdən harası zəifdir, ora daha çox zədələnəcək.



110 dB və ya daha çox küy tam karlığa səbəb ola bilər. Səs səviyyəsi yüksək və çox yüksəkdirsə, eşitmə həssaslığı bir-iki ilə azalır. Orta səs-küyün təsirindən eşitmə itkisi çox hiss olunmur, eşitmə azalması yalnız 7 - 12 ilə inkişaf edir. Bir sıra elmi tədqiqatlar yüksək səs-küylü bölgələrdə böyüyən uşaqların oxu, yaddaş və danışıq məsələsində yaşıdlarından geri qaldığını; 50 yaşdan yuxarı insanlarda infarkt riski yüksəldiyini göstərir.


Uzun müddət səs-küyə məruz qalan insan küy xəstəliyinə tutula bilər. Xəstəliyin kliniki təzahürləri spesifik (yəni bilavasitə qulaqda olan dəyişikliklər) və qeyri-spesifik, yəni bütün orqan və sistemlər tərəfindən yaranan simptomlara ayrılır. Xəstəliyinin obyektiv əlamətləri: eşitmə həssaslığının azalması; mədədə turşuluğun azalması və həzm sisteminin funksiyalarında pozulmalar; ürək-damar problemləri; endokrin sistemin müxtəlif pozulmaları. Subyektiv əlamətlər: qulaqda ağrı, cingilti, səs; qıcıqlığın artması; mədə ağrısı; yaddaşın azalması və qismən itirilməsi; tez-tez başgicəllənmə; şiddətli baş ağrıları; yorğunluq; iştahasızlıq.

Küyün təsirindən necə qorunaq?

✔ İmkan daxilində gündəlik 1-2 saatı tam sakitlikdə keçirmək. Səs-küy yalnız eşitməni deyil, həm də sinir sistemini zədələdiyindən hər gün ən azı 1-2 saat tam sükut içində keçirmək, texnoloji cihazlardan ayrılıb, meditasiya etmək faydalıdır

✔ Daha tez-tez təbiətdə olmaq. Yarpaqların səssiz titrəyişi, quşların gözəl nəğməsi, harmonik təbiət səsləri və rəngləri səs-küylü şəhərə ara verməyə və rahatlığı bərpa etməyə kömək edəcək. Stresdən sonra zədələnmiş eşitmə hüceyrələrinin təbii şəraitdə daha sürətli sağaldığı sübut edilmişdir.

✔ Pəncərələri dəyişilməsi, ikiqat pəncərə qoyulması. Döşəmənin, tavanın, divarların səs izolyasiyası küçə səs-küyünü və yaxın ətrafın səsini minimuma endirəcək

✔ Musiqiyə çox yüksək səsdə qulaq asmamaq. Çox yüksək və davamlı musiqi səsi qulaqları həmişəlik zədələyə bilər

✔ Keyfiyyətli və düzgün seçilmiş qulaq tıxacları səs-küyü təxminən 25 - 35 dB azalda bilər (qulaqcıqların sağlamlıq üçün təhlükəsiz materialdan hazırlanması vacibdir).

✔ Mebellərin yerlərinin dəyişilməsi: səs izolyasiyasının səviyyəsini artırmaq üçün böyük şkafı divara çəkmək, yatağı divardan mümkün qədər uzaqlaşdırmaq.

✔ "Ağır" materialdan hazırlanmış pərdələr küçə səs-küyünü boğa bilər.

✔ Yerdə ağır xalça aşağıdan gələn səs-küyün qarşısını alacaq.

Ciddi fəsadların profilaktikası və stresin neyro-humoral mexanizmlər ilə törətdiyi problemlərin həlli üçün İnteqrativ tibbdə tam zərərsiz, təbii tərkibli preparatlardan uğurla istifadə olunur.



Neurexan

Gündüz aktiv, gecə rahat!
Farmakoloji təsiri:

· Biotənzimləyici prepart olan Neurexan ləngidici və oyadıcı mediatorların və stress hormonu kortizolun səviyyəsini normallaşdıraraq, daxili gərginliyi aradan qaldırır, fizioloji yuxu ritmini bərpa edir.

Göstərişlər:


· Daxili gərginlik
· Yuxusuzluq və ya narahat yuxu
· İmtahan həyəcanı
· Klimaks dövründə gərginlik, əsəbilik, yuxusuzluq
· Hamiləliyə hazırlıq, hamiləlik dövründə həyəcan, narahatlıq, gərginlik, yuxusuzluq
· Zehni işlə məşğul olanlarda (müəllim, tələbə, abituriyent, məktəbli...) əqli yorğunluq.

Qəbul qaydası: 1 tab. gündə 3 dəfə yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra.

Mucedokehl

FARMAKOLOJİ TƏSİR:
Mucedokehl® - vegetativ sinir sistemi ilə bağlı pozulmaların terapiyasında istifadə olunur.

GÖSTƏRİŞLƏR:


- qorxu, depressiya
- qalxanvari vəzin funksional pozulmaları
- neyrovegetativ sindrom, limbik sistemdə disfunksiya

Buraxılış forması: Damcı (10 ml-lik flakonda)

QƏBUL QAYDASI:
8 damcı 2 dəfə yeməkdən 30 dəq. əvvəl və ya 1 saat sonra




Əlamətlər daha qabarıq


-Ürək-damar sistemi tərəfindən olduqda (hipertoniya, taxikardiya) – Cralonin

-Beyin qan dövranı pozulmalarında (başgicəllənmə, qulaqda, başda küy) – Vertigoheel

-Sinir sistemi pozulmalarında (baş ağrıları, yuxu pozulmaları, yaddaş və diqqət problemləri)- Cerebrum comp. kimi biotənzimləyici preparatlardan əlavə olaraq istifadə olunur.

Eşitmə gigiyenasına hər zaman riayət etmək vacibdir: onu itirmək çox asan, bərpa etmək çətindir.

Aygün Musayeva