Səssiz qatil - Xolesterol irsidir

  • 2023.05.11 17:02
  • 1808 Baxış
Səssiz qatil  - Xolesterol irsidir
Xolesterolu səssiz qatıl adlandırmaq əbəs yerə deyil. İnsan onun varlığını heç hiss etmir.

“Medicina” xəbər verir ki, mütəxəsssislər 30 yaşdan sonra mütləq həkimə müraciət edib, qanda xalestrol səviyyəsini yoxlatdırmağın vacib olduğunu bildirir. Xüsusən də artıq çəki və yağlı qidalarla bağlı problem varsa, mütləq yoxlanmalısınız.

Bəzən qanda xolestrolun yüksək olması irsi xarakter daşıyır. Bu da erkən infarkt və insult ehtimalını gücləndirir. Yüksək xolesterin şəklində genetik pozğunluq hər 500 nəfərdən birində rast gəlinir.

Bu genetik qüsur qandan xolestrolun düzgün təmizlənməsinə mane olur. Belə insanlar uşaqlıqdan başlayaraq, damarlarda xolesterin toplanmağa başlayır ki, bu da ürəyin qan tədarükünü pozur, infarkt və insult erkən riskini artırır.


Bu qüsuru olan kişilərin təxminən yarısı 55 yaşından əvvəl, qadınların üçdə biri isə 60 yaşına qədər infarkt keçirir.

Gəncliyində bir insan bu qüsurunu bilirsə, ölümcül ürək-damar ağırlaşmaları riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Bu, xüsusi pəhrizlər və dərmanların qəbulu ilə əldə edilə bilər. Bundan əlavə, belə insanlar mütəmadi olaraq, analizlər verməlidir.

Günay Quliyeva