Sidik kisəsini uzun müddət dolu saxlamaq təhlükəlidir - Uroloq

  • 2022.09.21 13:41
  • 2046 Baxış
Sidik kisəsini uzun müddət dolu saxlamaq təhlükəlidir  - Uroloq


Sidik kisəsi dolub boşalmaq siqnalı versə də insan müəyyən səbəblərdən tualetə getməyi təxirə salırsa, bu təhlükəlidir.

"Medicina" xəbər verir ki, bu barədə uroloq Timur İsayev məlumat verib.

"Uzun müddət dolu qaldıqda sidik kisəsi işləməyi sanki tərgidir, orqanın divarları və kanallar uzanır.

Siqnal gəlirsə, dözmək qəti olmaz. Bunu tez-tez etdikdə gələcəkdə sidik kisəsi funksiyasını itirə bilər.
Çünki sidik kisəsi əzələli orqandır.

O yığılıb açılmalıdır, üstəlik beyindən ona siqnal ötürülür. Bu prosesi süni olaraq dəyişmək olmaz.

Həkim artıq çəkili insanın qəfildən arıqlamasının böyrəklərə zərərini açıqlayıb.

Qızlar müxtəlif üsullarla bir ayda kəskin çəki atdıqda böyrəklər boşalıb sallana bilər.
Çünki böyrəklər yağ ətrafında yerləşir. Arıqlamaq tədricən olmalıdır".

Aygün Musayeva