Sidikdə qan xərçəngin əlamətidir?

  • 2022.08.19 16:15
  • 4331 Baxış
 Sidikdə qan xərçəngin əlamətidir?

Çox zaman kişilər sidikdə ara-sıra qan gördüyündən şikayətlənir.


"Medicina" xəbər verir ki, həkimlər bunu təhlükəli siqnal kimi dəyərləndirir.


Onkoloq uroloq Əhməd Eldefravi bildirib ki, prostat vəzin və sidik kisəsinin xərçənginin ilkin mərhələsində heç bir əlamət hiss olunmur. Xəstəliyi digər simptomlarla səhv salırlar.

Xüsusən kişilər həkimə getməyə tələsmir.

Amma tez-tez sidiyə getmə, sidik zamanı və sonra beldə küt ağrı artıq sidik kisəsi və yolu xərçənginin əlaməti ola bilər.
Qan şiş artıq böyüdükdə görünə bilər.

"Qasıq nahiyədə ağrı, şişkinlik, ümumi yorğunluq, zəiflik, eləcə də sidik kisəsi dolmadan tualetə getmək istəyi, sidiyin maneələrlə gəlməsi xərçəngin əlaməti ola bilər.

40 yaşından sonra belə şikayətlər olarsa, dərhal uroloq androloqa getmək lazımdır. Çünki şiş 1-2 ilin içində böyüyüb yan orqanlara keçə bilər".


Aygün Musayeva