Sığınacaqda yıxılan qız öldü

  • 2025.11.20 16:32
  • 70 Baxış
Sığınacaqda yıxılan qız öldü


Binəqədi rayonunda yerləşən sığınacaqda ölüm hadisəsi baş verib.


Medicina.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə noyabrın 19-u saat 12 radələrində Motodrom qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sığınacağında qeydə alınıb.

Belə ki, orada yaşayan 2009-cu il təvəllüdlü Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova sığınacağın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş N.Cəfərova bir neçə saat sonra vəfat edib.


Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.