Xərçənglə mübarizə aparan aparıcı Hindistandan gəldikdən sonra birbaşa təyyarədən terapiya seansına gedib.
“Medicina” xəbər verir ki, RT-nin baş redaktoru Marqarita Simonyan üçüncü kimyaterapiya kursuna başlayıb.
Jurnalist qeyd edib ki, Hindistandan gəldikdən sonra birbaşa təyyarədən terapiya seansına getmişdir. Simonyan etiraf edib ki, bu, 1 dekabra planlaşdırılıb, lakin təxirə salınmalı olub.
O, terapiyaya fərqli şəkildə dözür.
Bir qayda olaraq, səhhəti prosedurdan dərhal sonra pisləşir.
Lakin jurnalist əlavə edib ki, digər günlərdə o, normal insan kimi yaşayır.
Eyni zamanda, zəifləmiş immunitet sistemi uzun müddət izdihamlı yerlərdə qalmasına mane olduğu üçün Simonyan tez-tez həmkarları və ailəsi ilə görüşləri buraxır.
Aygün Musayeva